Qırğızıstanda Azərbaycan filmləri ongünlüyü keçirilib

Qırğızıstanda Azərbaycan filmləri ongünlüyü keçirilib
# 31 avqust 2012 11:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Qırğızıstanın “İctimai Teleradioyayım Korporasiyası” televiziya kanalında Azərbaycan xalqının tarixinin, adət-ənənələrinin yaxından öyrənilməsi və ölkələr arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan filmləri ongünlüyü keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tamaşaçılara Azərbaycan milli kinosunun incilərindən sayılan "Babək", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Arşın mal alan", "Koroğlu", "O olmasın, bu olsun", "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Bəxtiyar" və "Nəsimi" bədii filmləri təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycanın və SSRİ-nin xalq artisti, dünya şöhrətli bəstəkar, müğənni Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib, böyük sənətkarın mahnıları səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR