Ucar rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ucar rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 22 noyabr 2012 21:51 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucar rayonunda piyadanın ağır xəsarət alması nəticələnən yol – nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Bakı – Qazax yolunun Ucar rayonundan keçən hissəsində baş verib. Belə ki , “Opel” markalı minik maşını yolu keçmək istəyən Ucar rayonunun Qazyan kənd sakini, 1975 –ci il təvəllüdlü Seyidov Sadiq Əhməd oğlunu vurub.

Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Məlumata görə xəsarət alan hadisə vaxtı içkili olub. Fakta bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR