Bank Of Baku

Astarada "QAZ - 66" markalı yük maşını 14 yaşlı velosipedçini vurub

Astarada "QAZ - 66" markalı yük maşını 14 yaşlı velosipedçini vurub
# 02 iyun 2024 18:27 (UTC +04:00)

Astarada yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Astara rayonun Züngüləş kəndində baş verib.

Hərəkətdə olan "QAZ - 66" markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR