Bank Of Baku

Xətaidə evdə yanğın olub

Xətaidə evdə yanğın olub
# 02 iyun 2024 17:51 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə, tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd kondisioner və bitişik sahəsi 20 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR