Azərbaycanda istirahət günləri baş verən yol qəzalarında 22 nəfər xəsarət alıb

 Azərbaycanda istirahət günləri baş verən yol qəzalarında 22 nəfər xəsarət alıb
# 28 dekabr 2015 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda istirahət günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 26-da respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Dekabrın 27-də isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR