Türkiyə tərəfindən vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Rusiyaya gətirilib

Türkiyə tərəfindən vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Rusiyaya gətirilib
# 30 noyabr 2015 15:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulan SU-24 təyyarəsinin pilotunun cənazəsini daşıyan təyyarə Moskva vilayətinin Çkalov aerodromunda eniş edib.

APA-nın xəbərinə görə, bu barədə “Zvezda” telekanalı məlumat yayıb. Pilot Oleq Peşkovun cənazəsini daşıyan təyyarə bu gün səhər saatlarında Türkiyədən yola salınıb. Uçuşdan əvvəl təşkil olunan matəm mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov və güc strukturlarının nümayəndələri iştirak ediblər.

Pilotun meyiti Türkiyə ərazisinə ötən gün gətirilib. Oleq Peşkov dekabrın 2-də Lipetskdə dəfn ediləcək.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub. Nəticədə O. Peşkov həlak olub, digər ekipaj üzvü isə yaralanıb. O. Peşkova ölümündən sonra “Rusiya qəhrəmanı” adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR