Lənkəranın ən yaşlı seçicisi səs verib

Lənkəranın ən yaşlı seçicisi səs verib
# 26 sentyabr 2016 10:29 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranın ən yaşlı seçicisi Azərbaycanda keçirilən referendumda səs verib. APA-nın cənub bürosunun məlumatına görə, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində qeydiyyata alınan ən yaşlı seçici 111 yaşlı Şabikə Fərhad qızı Axundovadır.

Azərbaycanda keçirilən əvvəlki seçkilərdə fəal iştirak edən Şabikə Axundovanın səhhətində yaranan problemlə bağlı yaşadığı ünvana daşınan seçki qutusu aparılıb.

Ş. Axundova bundan sonra keçiriləcək bütün seçkilərdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Lənkəranın Boladi kəndində yaşayan Şabikə Axundova 1905-ci ildə anadan olub. Uzun müddət yerli təsərrüfatda tərəvəzçi, çaybecərən kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR