Şirvan şəhərində güclü partlayış baş verib - YENİLƏNİB

Şirvan şəhərində güclü partlayış baş verib - <span style="color: red;">YENİLƏNİB
# 26 iyul 2016 14:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayışla bağlı səhiyyə müəssisələrini səfərbər edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu vaxta kimi Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib.

Onlardan 2-si artıq hadisə yerinə çatıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alan 10-a yaxın şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

***

15:39

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində güclü partlayış baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınıb.

Partlayış nəticəsində yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR