"TuranBank" İFC-dən növbəti kredit tranşı alıb

"TuranBank" İFC-dən növbəti kredit tranşı alıb
# 30 oktyabr 2015 09:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “TuranBank” Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasından kredit sazişi çərçivəsində 3,5 mln. dollar həcmində sayca ikinci tranşın cəlb edilməsini yekunlaşdırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın müxtəlif regionlarında mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndiməyə yönəldiləcək.

Qeyd edək ki, “TuranBank” və IFC 2014-cü ilin dekabrın 22-də ümumi həcmi 7 mln. ABŞ dolları olan 5 illik kreditin ayrılması ilə bağlı müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR