Azərbaycanda 3,8 maqnitudalı zəlzələ baş verib

Azərbaycanda 3,8 maqnitudalı zəlzələ baş verib
# 03 iyul 2016 06:47 (UTC +04:00)

Bakı-APA. Bu gecə İmişli-Saatlı sərhədində zəlzələ baş verib.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 2.58 radələrində İmişli - Saatlı sərhədində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 48 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR