DSMF-də fərdi şəxsi hesabı olan əcnəbilər siyahısında Türkiyə vətəndaşları birincidir

DSMF-də fərdi şəxsi hesabı olan əcnəbilər siyahısında Türkiyə vətəndaşları birincidir
# 14 yanvar 2016 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar ayının 1-nə olan statistikaya əsasən, 2015-ci ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 23,7% artıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində DSMF tərəfindən əlavə olaraq 5 334 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 27 868-ə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,9%-ni (24 485 nəfər) kişilər, 12,1%-ni (3 383 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 116 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 797 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 3018-ə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1 692-ə çatıb.

Sonrakı yerlərdə Hindistan (1036), İran (978), Çin (856), Böyük Britaniya və Şimali İrlandiya (580) Pakistan (546), Ukrayna (456), Banqladeş (442), Özbəkistan (283) , Filippin (256), Almaniya (256), ABŞ (244), Qazaxıstan (223), Türkmənistan (213), İtaliya (198), Koreya Respublikası (192), Bosniya və Hersoqovina (162), Polşa (137), Malayziya (119) və s. ölkələr gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR