BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə dair saziş təsdiqlənib

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinə dair saziş təsdiqlənib
# 25 dekabr 2015 04:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanmış sazişin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, XİN-ə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR