Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 537 yoluxma halı qeydə alınıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 238 422 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 6 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4768 nəfərə yüksəlib.