SOCAR Novorossiysk limanından xam neft ixracını azaldıb

SOCAR Novorossiysk limanından xam neft ixracını azaldıb
# 01 may 2017 15:01 (UTC +04:00)

Bu ilin aprel ayında SOCAR tərəfindən Novorossiysk limanından 84 min 793 ton xam neft ixrac edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 46,87% azdır.

"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, cari ilin mart ayı ilə müqayisədə isə SOCAR Novorossiysk limanından neft ixracını 65,34% azaldıb.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Novorossiysk limanından 489 min 206 ton xam neft ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2,04 dəfəlik azalmadan xəbər verir.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR