Bakıda tikinti malları satılan mağazadan yanğın olub

Bakıda tikinti malları satılan mağazadan yanğın olub
# 03 avqust 2015 06:43 (UTC +04:00)

Bakı-APA. Bakıda tikinti malları satılan mağazadan yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 33 kv.m olan mağazada 3 kv.m sahəyə yığılmış plastmas borular və plastik materiallar yanıb. Mağazanın qalan hissəsi və içərisindəki tikinti materialları yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR