Rusiya XİN: İranın nüvə proqramına dair saziş üzərində iş yekunlaşmaq üzrədir

Rusiya XİN: İranın nüvə proqramına dair saziş üzərində iş yekunlaşmaq üzrədir
# 03 iyun 2015 00:52 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkob bildirib.

“Təbii ki, biz tədricən mətnin razılaşdırılması işini yekunlaşdırmalıyıq və hələlik bu bizdə alınır”, deyə Ryabkov qeyd edib.

Onun sözlərinə görə, iş artıq başa çatmaq üzrədir, son günlər ərzində isə mətnin razılaşdırılmamış hissəsi xeyli azalıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl İranın nüvə proqramı üzrə danışıqları 30 iyundan sonrakı müddətə uzatmaq niyyətində olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR