Azərbaycanlı hakim “Gimaraeş” - “Zalsburq” görüşünü idarə edəcək

Azərbaycanlı hakim “Gimaraeş” - “Zalsburq” görüşünü idarə edəcək
# 11 sentyabr 2017 14:00 (UTC +04:00)

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, gənc referi Avropa Liqasının qrup mərhələsinin ilk turunda iş başında olacaq.

Belə ki, UEFA “Gimaraeş”- “Zalsburq” qarşılaşmasını ona həvalə edib. “Afonso Enrike” stadionunda baş tutacaq matçda ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcəksə, matçın əlavə hakim köməkçiləri Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Gimaraeş”- - “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR