Baş rejissor: “Mən "Azdrama"ya qalmaqal yatırmağa gəlməmişəm” - VİDEO

Baş rejissor: “Mən "Azdrama"ya qalmaqal yatırmağa gəlməmişəm” - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 13:46 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfransında teatrın baş rejissoru Azər Paşa Nemət deyib.

Baş rejissor qeyd edib ki, teatrın aktyor və texniki heyəti keyfiyyətli tamaşalar hazırlamağa imkan verir.

O, xalq artisti İlham Əsgərovla vida mərasiminin teatrda keçirilməməsinə də münasibət bildirib: “İlham Əsgərov bizim hamımızın hörmət etdiyi insan olub, mənim dostum olub. Nazir də, nazir müavini də, mən də, teatrın direktoru da vida mərasimində iştirak etdik.

İlham Əsgərovun ruhuna hörmət edib spekulyasiya ilə məşğul olmayaq. Əgər söhbət teatrdan yox, evdən götürməkdən gedirsə, Hamlet Xanızadə, Yusif Vəliyev, Telman Adıgözəlov, Səməndər Rzayev, Əliağa Ağayev də evindən götürülüb. Buna başqa rəng vermək lazım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR