Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Dekabr
# 30 dekabr 2016 17:48 (UTC +04:00)

Bu, APA TV-nin 2016-cı il efirində son Ana xəbər buraxılışı idi. Təqvim ilini başa vurduq, Sizinlə bir də bir həftədən sonra görüşəcəyik. 2016-cı il bütün mənalarda əvvəlki illərdən fərqli il oldu. Ölkəmizin müstəqillik yaşına bir yaş da əlavə olundu, Azərbaycan dünyada gedən ağır iqtisadi proseslərin təsirindən maksimum az itki ilə çıxdı. Yola salmaqda olduğumuz il həm də siyasi və iqtisadi islahatlar ili oldu, ölkə Konstitusiyasında ciddi dəyişikliklər oldu, iqtisadi inkişafın təməlini təşkil edəcək çoxsaylı proqramlar, qanunlar qəbul edildi. Bu islahatların nəticələrini hamılıqla gələn il aydın şəkildə hiss etməyə başlayacağıq. 2016-cı il həm də torpaqlarımızın kiçik də olsa bir hissəsinin azad edilməsi ilə yadda qaldı. Bu, yola saldığımız ilin ən böyük uğuru sayıla bilər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə siz əziz tamaşaçılarımızı təbrik edir, 2017-ci ildə daha ölkə olaraq böyük uğurlara imza atmaq arzusu ilə Sizlərdən ayrılırıq. Bayramlarınız mübarək olsun, əziz tamaşaçılar! Bayramın mübarək, Azərbaycan!

Vüqar HÜSEYNOV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR