Samuxda özünü güllələyən 16 yaşlı qızın anası intihara cəhd edib - YENİLƏNİB-1

Samuxda özünü güllələyən 16 yaşlı qızın anası intihara cəhd edib - <span style="color: red;">YENİLƏNİB-1
# 09 mart 2017 13:35 (UTC +04:00)

Bu gün Samux rayonunda özünü ov tüfəngi ilə vuraraq öldürən qızın anası intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, özünü güllələyən 16 yaşlı Billi Ələkbərovanın anası, 1963-cü il təvəllüdlü İradə Ələkbərova qızının ölümündən sonra kimyəvi məhlul içib. O, dərhal Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

***

13.13

Samuxda özünü güllələyən şəxsin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Ələkbərova Billu Elman qızı özünü ov tüfəngi ilə vurub. Yeniyetmə qız aldığı xəsarətdən ölüb.

Fakt araşdırılır.

***

12.07

Samux rayonunda güllələnmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux sakini, 16 yaşlı qız özünü güllələyib. O, hadisə yerində ölüb.


Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR