Bakıda vulkan püskürüb - YENİLƏNİB-1

Bakıda vulkan püskürüb - <span style="color: red;">YENİLƏNİB-1
# 06 fevral 2017 14:35 (UTC +04:00)

AMEA nəzdində Respublika Sesysmoloji Xidmət Mərkəzi (RSXM) Bakıda vulkan püskürməsi ilə bağlı məlumat yayır.

APA-nın qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 6-da yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də RSXM-nin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonu ərazisində 2 vulkan püskürməsi qeydə alınıb. 1-ci vulkanın davam etmə müddəti 3 dəq 23 san, 2-ci vulkanın davam etmə müddəti 6 dəqiqə olub.

***

15.44
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə Bakıda vulkan püskürməsi barədə məlumat daxil olub.

Şöbənin müdiri Adil Əliyev APA-ya bildirib ki, hazırda vulkanın harada baş verməsi və nə qədər ərazini əhatə etməsi ilə bağlı məlumat yoxdur. A.Əliyev qeyd edib ki, əraziyə baxış keçirdikdən sonra palçıq vulkanının ərazisi, baş vermə səbəbləri məlum olacaq.

***

15.00

Bakıda vulkan püskürüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR