Azərbaycanda küçə uşaqları və həkimlər arasında İİV-ə yoluxma aşkarlanmayıb

Azərbaycanda küçə uşaqları və həkimlər arasında İİV-ə yoluxma aşkarlanmayıb
# 30 noyabr 2016 09:07 (UTC +04:00)

Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əsasən 4 risk faktoru aktualdır.

APA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirilmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib ki, Azərbaycanda risk qruplarına inyeksion narkotik istifadəçiləri, homoseksuallar, seks-biznes nümayəndələri və məhbuslar aiddir.

N. Zülgfüqarov risk qrupları arasında İİV-ə yeni yoluxma hallarının azaldığını deyib: “Bu günə qədər Azərbaycanda küçə uşaqları arasında İİV-ə yoluxma faktı aşkarlanmayıb. 2011-ci ildə Bakı şəhərində aparılan araşdırma nəticəsində belə uşaqlar arasında İİV-ə yoluxma faktının olmadığı müəyyənləşib. Normativ sənədlərə əsasən tədqiqat nəticəsində küçə uşaqlarında belə xəstəliklər aşkar edilmirsə, bu hal risk qrupu olaraq ölkə üçün səciyyəvi sayılmır. Eyni zamanda, bu vaxta kimi həkimlər arasında da xəstəliyə yoluxma faktı aşkarlanmayıb. Qanunvericiliyə əsasən, əgər cərrahiyyə sahəsində olan həkimlərdə bu xəstəlik aşkar edilsə, o zaman onun sahəsi dəyişdirilir. O, stasionar şöbəyə köçürülərək işlə təmin olunur. Bundan başqa, bu günə qədər gözəllik salonunda, stomatoloji kabinetlərdə İİV-ə yoluxma halları müşahidə edilməyib. Lakin bununla kifayətlənmək olmaz. Ona görə də bütün qabaqlayıcı tədbirlər vaxtında görülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR