Qaynını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Qaynını öldürməyə cəhd edən şəxsə hökm oxunub
# 01 dekabr 2017 11:35 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə təqsirləndirilən Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sadiq Məmmədov mübahisə etdikdən sonra qaynı Asəf Həsənova 4 bıçaq zərbəsi endirib. A. Həsənov bıçaqlandıqdan sonra taksi ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR