Lerikdə xizəklə sürüşən 12 yaşlı uşaq inəklə toqquşaraq ölüb

Lerikdə xizəklə sürüşən 12 yaşlı uşaq inəklə toqquşaraq ölüb
# 14 dekabr 2017 15:46 (UTC +04:00)

Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.

Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR