Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün iş olmayacaq
# 08 avqust 2017 08:21 (UTC +04:00)

Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR