Beyləqanda maşın aşıb, ölən var

Beyləqanda maşın aşıb, ölən var
# 04 yanvar 2020 11:13 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR