Yevlaxda yük maşını ilə minik avtomobili toqquşub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlaxın Tanrıqulular kəndi yaxınlığından keçən hissəsində baş verib.
“OKA” markalı minik maşını “QAZel” markalı yük maşını ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.