Türkiyə və Qətər birgə hərbi təlimlər keçirir

Türkiyə və Qətər birgə hərbi təlimlər keçirir
# 02 avqust 2017 02:42 (UTC +04:00)

Türkiyə və Qətər əmirlik ərazisində birgə hərbi təlimlər keçirirlər. Təlimlərə 250-dən çox türkiyəli hərbçi və 30 ədəddən çox zirehli texnika cəlb edilib. APA-nın xəbərinə görə, bu barədə “Hurriyet Daily News” nəşri məlumat yayıb.

Təlimlərin birinci mərhələsi quru qoşunların iştirakı ilə keçiriləcək. İkinci mərhələdə iki ölkənin Hərbi Dəniz Qüvvələri iştirak edəcək. Bu məqsədlə Qətərin Hamad limanına göyərtəsində 214 hərbçinin olduğu Türkiyənin F-496 TCG "Gokova" freqat gəmisi artıq yan alıb.

Təlimlər Ankara və Doha arasında imzalanan hərbi əməkdaşlıq proqramı çərçivəsində keçirilir. Təlimlər avqustun 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR