AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub
# 04 noyabr 2016 20:28 (UTC +04:00)

Gürcüstanda üçgünlük səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bu gün Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ədəbiyyatşünas alim muzeyin eksponatları ilə tanış olub, muzeyin tərtibini bəyəndiyini bildirib və bu ocağın Azərbaycanı təbliğ etdiyini qeyd edib.

Muzeyin direktoru Leyla Əliyeva eksponatların tarixi barədə İ. Həbibbəyliyə ətraflı məlumat verib. Azərbaycanlı alim muzeydə yerləşdirilən Qori Müəllimlər Seminariyası məzunlarının fotoları yerləşdirilən stendlə maraqlanıb, muzeyə özünün qələmə aldığı kitabları hədiyyə edəcəyini bildirib. Akademik İsa Həbibbəyli muzeyin “Xatirə kitabı”na da öz ürək sözlərini yazıb.

Qeyd edək ki, bu gün İsa Həbibbəyli Azərbaycanın Gürcüstandakı səfirliyinə də baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR