Azərbaycan prezidenti İtaliya baş nazirinin I müavinini qəbul edib - VİDEO

Azərbaycan prezidenti İtaliya baş nazirinin I müavinini qəbul edib - <span style="color: red;">VİDEO
# 13 iyun 2015 10:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya aş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.

APA-nın məlumatına görə, Klaudio De Vinçenti “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, səfərin əməkdaşlığımızın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olunub, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR