Gəncədə yük maşını piyadanı vurub

Gəncədə yük maşını piyadanı vurub
# 30 oktyabr 2017 20:58 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1979-cu il təvəllüdlü Cəfərova Mahirə Səfər qızı avtobusdan düşüb yolu keçmək istəyərkən “KamAZ” markalı yük maşını tərəfindən vurulub.

Xəstəxanaya yerləşdirilən qadının həyatına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR