Gömrükçülər narkotik vasitə müsadirə edib

Gömrükçülər narkotik vasitə müsadirə edib
# 10 aprel 2017 10:18 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Samur" gömrük postunun ixrac nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusunda olan yüklərə "Simba" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı kinoloji xidmət iti avtobusun yük yerində olan 1 ədəd qutuya reaksiya verdiyindən həmin qutu açılaraq içərisinə baxış keçirilib. Baxış zamanı qutudakı mürəbbə qablarının arasında karton kağıza bükülü şəkildə, spesifik iyə malik, qara rəngli, xalis çəkisi 10,575 qram olan narkotik vasitə-tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR