Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib - FOTO

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib - <span style="color: red;">FOTO
# 09 dekabr 2014 17:51 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantını açaraq "Müdafiə islahatları" mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirib.

Görüşdə "Uzadılmış münaqişə və regional təhlükəsizlik" mövzusunda məruzə ilə çıxış edən polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri və münaqişənin həlli yollarını qonaqların diqqətinə çatdırıb.

Toplantının sonunda hərbi attaşeləri maraqlandıran suallara aydınlıq gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR