Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 4 uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 4 uşaq xilas olunub
# 11 avqust 2014 19:04 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda 4 uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 5-ci mərtəbənin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR