Gəncədə avtomobil divara çırpılıb, 3 nəfər yaralanıb - VİDEO

Gəncədə avtomobil divara çırpılıb, 3 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2014 07:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində baş verib.

Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Rəhimov Anar Rizvan oğlu idarə etdiyi “KİA” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın bardürə, daha sonra divara çırpılıb. Qəza zamanı sürücü və avtomobildə olan iki nəfər - 1979-cu il təvəllüdlü Məmmədov Etibar Azad oğlu və həmyaşıdı Həsənov Arif Rövşən oğlu bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR