Xırdalanda fərdi evdə yanğın olub

Xırdalanda fərdi evdə yanğın olub
# 06 oktyabr 2014 18:16 (UTC +04:00)

Bakı – APA. Xırdalanda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR