Yəməndə İran səfirinin iqamətgahı yaxınlığında terror aktı törədilib

Yəməndə İran səfirinin iqamətgahı yaxınlığında terror aktı törədilib
# 03 dekabr 2014 08:40 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Yəməndə İran səfirinin iqamətgahı yaxınlığında terror aktı törədilib.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Yəmən hüquq-mühafizə orqanları səhər saatlarında baş verən terror aktının İranın bu ölkədəki səfirinin evi hədəfə aldığını bildirib.

Hadisə nəticəsində səfirin iqamətgahının mühafizə xidmətində çalışan 2 nəfər ölüb.

Evin yaxınlığındakı binalara ciddi zərər dəyib. İranlı diplomatın xəsarət alıb-almaması ilə bağlı heç bir məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR