Əbülfəs Qarayev İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Əbülfəs Qarayev İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
# 07 noyabr 2014 11:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazir görüşdə Azərbaycan-İran əlaqələrinin tarixindən, əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Ə. Qarayev bildirib ki, 2015-ci ildə İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır.

Mədəni münasibətlərin vacibliyinə diqqət çəkən M. Vaezi isə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, iki xalqın bir-birini daha yaxından tanıması üçün mədəniyyətin mühüm vasitə olduğunu bildirib.

İki ölkə arasında gediş-gəlişin daha rahat həyata keçirilməsi üçün viza rejiminin sadələşdirilməsinin faydalarından danışan iranlı nazir bunun qarşılıqlı turist səfərlərinin artmasına təkan verəcəyini diqqətə çatdırıb. Qonaq Azərbaycandan İranın bir sıra şəhərlərinə birbaşa hava uçuşlarının artırılmasının da əlaqələrin inkişafında rol oynayacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR