Paris konfransında İraqa hərbi yardım göstərilməsi barədə qərar qəbul edilib

Paris konfransında İraqa hərbi yardım göstərilməsi barədə qərar qəbul edilib
# 15 sentyabr 2014 13:46 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Fransada keçirilən “İraqda sülh və təhlükəsizlik” adlı beynəlxalq konfransda İraq hökumətinə hərbi yardım göstərilməsi barədə qərar qəbul edilib. APA-nın xəbərinə görə, bu barədə Fransa Prezident Administrasiyasından açıqlama verilib.

30-a qədər ölkənin iştirak etdiyi konfransda “İslam Dövləti”nə qarşı (keçmiş İŞİD) mübarizə məqsədilə İraq hökumətinin müvafiq hərbi yardımla təmin olunması barədə razılıq əldə olunub.

Yekun qərarda bildirilir ki, “İŞİD”ə qarşı mübarizə təxirəsalınmaz məsələdir və İraq hökuməti lazımi hərbi dəstəyi alacaq. Ancaq hərbi yardımın detalları barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR