İnsan alverində təqsirləndirilən azərbaycanlı qadının məhkəməsi başlayıb

İnsan alverində təqsirləndirilən azərbaycanlı qadının məhkəməsi başlayıb
# 30 yanvar 2008 15:48 (UTC +04:00)
Bu gün Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində insan alverində təqsirləndirilən Yetər Hacıyevanın məhkəməsi başlayıb. APA-nın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama əsasən, Y. Hacıyeva Azərbaycan vətəndaşı olan qızları Türkiyənin müxtəlif şəhərlərinə apararaq cinsi istismara məcbur edib. O, Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunur. Prosesdə ifadə verən zərərçəkən şəxslər Y. Hacıyevanın onları cinsi istismara məruz qoyduğunu, bunun müqabilində əldə etdiyi qazancdan onlara heç nə vermədiyini bildiriblər. Məhkəmə prosesi yanvarın 31-də davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR