Strateji Araşdırmalar Mərkəzinin 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO

Strateji Araşdırmalar Mərkəzinin 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 25 iyul 2013 09:30 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, artıq 2 ildir ki, qurum öz fəaliyyəti barədə ictimaiyyətə və mətbuata məlumat verir. Çıxışında F.Məmmədov SAM tərəfindən çap edilmiş kitablar və digər ölkələrin beyin mərkəzləri ilə əməkdaşlıq barədə danışıb. Qeyd olunub ki, SAM-ın elmi-təşkilatçılıq fəaliyyəti çərçivəsində 2013-cü ilin yanvar-iyun aylarında mərkəzin elmi-təşkilati işlərinin planına uyğun olaraq mərkəz tərəfindən Azərbaycanda və xaricdə iyirmi müxtəlif tədbir təşkil edilib. Onlardan 16 tədbir Azərbaycanda, dörd tədbir isə xaricdə keçirilib.

F. Məmmədov əlavə edib ki, SAM, həmçinin hesabat müddətində 2 ümumrespublika konfransı və iki beynəlxalq forum da təşkil edib. Bu mənada o xüsusilə “Şərq-Qərb strateji körpüsü: QDƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya” mövzusunda və “Bakı Gələcək Forumu” tədbirlərinin adını çəkib.

SAM-ın analitik informasiya fəaliyyətinə toxunan F.Məmmədov bildirib ki, 2013-cü ilin ilk altı ayı ərzində SAM-ın əməkdaşları tərəfindən 67 xarici səfər edilib, 62 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanıb, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediada 1 monoqrafiya və 119 məqalə çap edilib və 76 müsahibə verilib. Hesabat dövründə SAM-ın əməkdaşlarının iştirakı ilə üç brifinq keçirilib.

Gələcək planlardan danışan SAM direktoru qeyd edib ki, Mərkəzin prioriteti indiki işlərin davam etdirilməsidir. Dağlıq Qarabağla bağlı istiqamətə gəlincə, F. Məmmədov vurğulayıb ki, SAM bu yöndə 3 istiqamətdə hərəkət edəcək: “Birincisi, xarici ekspertlər tərəfindən Dağlıq Qarabağ münaqişənin dondurulmuş hesab edilməməsi, ikincisi, Azərbaycanın prinsipial mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və BMT tərəfindən işğalçı dövlətin cəzalandırılmasına nail olmaq. Bu, çox vacib məsələdir, çünki bu dövləti cəzalandıran ancaq Azərbaycan və Türkiyədir. Üçüncüsü isə Dağlıq Qarabağ regionunun Azərbaycan icması nümayəndələrinin keçirdiyimiz bütün beynəlxalq tədbirlərə cəlb edilməsidir”.

F. Məmmədov onu da deyib ki, Ukraynanın Dağlıq Qarabağ münaqişəsinə diqqətini artırılmaq məqsədilə bu il bu ölkədə beynəlxalq konfrans keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR