“TASİM” layihəsi “Türkmentel-2015” sərgi-konfransında geniş təqdim olunacaq

“TASİM” layihəsi “Türkmentel-2015” sərgi-konfransında geniş təqdim olunacaq
# 11 avqust 2015 10:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycan sentyabrın 16-18-də Aşqabadda keçiriləcək “Türkmentel-2015” VIII beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradioavadanlığı sərgi-konfransında təmsil olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Trans-Asiya Superinformasiya Magistralının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Zaur Həsənov layihənin Asiya ilə Avropa arasında beynəlxalq telekommunikasiya trafikinin ötürülməsi, rəqəmsal fərqin qarşısının alınmasında rolu və bu marşrutun üstünlükləri haqda məruzə ilə çıxış edəcək.

Tədbirdə dünyanın 20 ölkəsindən 100 şirkətin iştirakı gözlənilir.

Sərgi və konfransda texnoparklar, ağıllı ev, biznes kommunikasiyalar, elektron hökumət ilə bağlı mövzularda nümayişlər və təqdimatlar iştirakçıların diqqətinə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR