Rusiya Ukraynaya humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb

Rusiya Ukraynaya humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb
# 11 avqust 2014 16:21 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Bütün maraqlı tərəflər razılıq verəcəyi halda, Rusiya Ukraynaya humanitar yardım göndərəcək”.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bəyan edib.

Ukrayna tərəfi isə Rusiyanın humanitar yardım adı altında Ukrayna torpaqlarını işğal edəcəyindən ehtiyatlandığını açıqlayıb.

Qərb siyasətçiləri də rəsmi Moskvanın birtərəfli olaraq Ukraynaya humanitar missiyanın göndərməsi cəhdinin işğal kimi görünəcəyini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR