AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantları Özbəkistanda təlim kursu keçiblər - FOTO

AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantları Özbəkistanda təlim kursu keçiblər - <span style="color: red;">FOTO
# 10 iyun 2014 16:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun doktorantları Vəfa Rüstəmova və Aynur Mehtiyeva Özbəkistanın Daşkənd və Karşi şəhərlərində təlim kursu keçiblər.

İnstitutdan APA-ya verilən məlumata görə, kurs GEİ və Livanda yerləşən Quraqlıq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) tərəfindən maliyyələşdirilib.

Bir aylıq kurs çərçivəsində gənc alimlər buğda bitkisinin xəstəliklərə davamlılığı, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, hibridləşdirmə, kəmiyyət və keyfiyyət əlamətləri üzrə seçmənin aparılması və s. istiqamətlərdə tədqiqat metodikalarını mənimsəyiblər. Kurs zamanı doktorantlar öz tədqiqat işləri üçün 100 yumşaq buğda nümunəsi seçiblər və bu nümunələr 3 il ərzində institutda Azərbaycan mənşəli nümunələrlə müqayisəli qiymətləndiriləcək.

Doktorantlar kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR