Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də işgüzar səfərdə olub - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də işgüzar səfərdə olub - <span style="color: red;">FOTO
# 23 fevral 2015 08:38 (UTC +04:00)

Bakı – APA. Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Abu-Dabi şəhərində keçirilən “IDEX-2015” Beynəlxalq müdafiə sərgisində iştirak etmək məqsədilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 21-22 fevral 2015-ci il tarixlərində BƏƏ-də işgüzar səfərdə olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirilib, həmçinin sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR