Bayram günlərində Azərbaycanda nəqliyyat sistemi gücləndirilmiş iş rejimində çalışacaq - APA TV

Bayram günlərində Azərbaycanda nəqliyyat sistemi gücləndirilmiş iş rejimində çalışacaq - <span style="color: red;">APA TV
# 18 mart 2013 17:19 (UTC +04:00)

Bakı Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev APA TV-yə bildirib ki, artıq əlavə avtobus və mikroavtobuslar reysə buraxılıb: "Adi günlərdə 300-350 mikroavtobus nəqliyyat vasitəsi ilə 7000-7500 sərnişin daşınırsa, bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi yola salınacaq və 15000-ə yaxın sərnişin daşınacaq".

Kassadan bildiriblər ki, daha çox sıxlıq müşahidə olunan istiqamətlərdən biri Naxçıvandır. Sərnişin sıxlığının qarşısını almaq üçün "Azərbaycan Dəmir Yolları” QSC - də qatarlara əlavə vaqonlar qoşulmasına qərarı verilib.

Aviareyslərdə də böyük sıxlıq yaşana bilər. Turizm agentliyinin nümayəndəsi olan Qurban Abbasov bildirib ki, ən böyük tələbat Türkiyə və Dubay istiqamətlərinə olan reyslərədir: "Bu da vizanın rahat olması ilə bağlıdır. Mövsümlə əlaqədar otellərin qiymətində də cüzi artım gözlənilir".

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov Azərbaycanın turizm komplekslərində istirahət üçün müraciət edənlərin sayının həddən artıq çox olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR