Bakının dörd küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının dörd küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 16 iyul 2014 14:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 3 yolda nəqliyyatın hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan və Füzuli küçələrində (Füzuli meydanı) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR