Elmar Məmmədyarov Çexiya Senatının komitə sədrini qəbul edib - FOTO

Elmar Məmmədyarov Çexiya Senatının komitə sədrini qəbul edib - <span style="color: red;">FOTO
# 16 aprel 2014 14:13 (UTC +04:00)

Bakı – APA. Aprelin 16-da xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çexiya arasındakı münasibətlər və regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda danışan E. Məmmədyarov beynəlxalq ictimaiyyət tərəfindən münaqişəyə münasibətdə ikili standartların tətbiq edildiyini və Azərbaycanın münaqişənin tezliklə ədalətli şəkildə həllinin tərəfdarı olduğunu vurğulayıb.

M. Kreyça dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulmasının yolverilməz olduğunu söyləyib.

E. Məmmədyarov Azərbaycanın enerji strategiyası haqda qarşı tərəfə məlumat verib. Nazir parlament diplomatiyasına böyük əhəmiyyət verdiklərini qeyd edərək, Azərbaycanın Çexiya ilə müxtəlif sahələrdə, o cümlədən təhsil və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR