Putin: "Moskvadakı Milli Müdafiə İdarəetmə Mərkəzi bütün KTMT ölkələri üçün işləyəcək"

Putin: "Moskvadakı Milli Müdafiə İdarəetmə Mərkəzi bütün KTMT ölkələri üçün işləyəcək"
# 23 dekabr 2014 12:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Moskvada keçən həftə açılan Milli Müdafiə İdarəetmə Mərkəzi Kollektiv Təhlükəzilik Müqaviləsi Təşkilatına üzv olan ölkələr üçün işləyəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu, milli müdafiə sistemlərinin idarəçiliyini artıracaq: "Milli Müdafiə İdarəetmə Mərkəzində hər şey istisnasız olaraq Rusiya texnologiyaları ilə, çox möhkəm kompüter təminatı ilə işlənilib".

Vladimir Putin KTMT ölkələrinin bu Mərkəzin işinə qoşulacağını da qeyd edib: "Əminəm ki, bu, milli müdafiə sistemlərinin və qoşunlarımızın idarəçiliyini artıracaq, əlaqələri yaxşılaşdıracaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR