Azərbaycan prezidenti Niderlandın baş naziri ilə görüşüb - FOTO

Azərbaycan prezidenti Niderlandın baş naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 15:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Niderland Krallığının baş naziri Mark Rutte ilə görüşüb.

APA-nın məlumatına görə, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının qeyd edildiyi görüşdə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, investisiyaların qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR